İş Saatləri Həftə İçi: 09:30 - 17:00
Satış Xətti : +(90) 532 111 82 12
Bulud Texnologiya

Satış Proqramı

Mağazanızın satış, anbar və kassa əməliyyatlarını bir ekrandan idarə edin. Barkod oxudaraq sürətli satış edin, anbarınızı izləyin, müştəri hesablarını idarə edin.

Mağaza İdarəetməsində Yaşanan Problemlər
Əllə idarə edilən mağazalarda təkrürlanan problemlər və həll yolları:

Problem

Yüzlərlə mal var, hansından nə qədər qaldığını bilmirsiniz. Müştəri gəlir, mal yoxdur, satış itirilir. Anbar sayımı günlərlə davam edir.

Həll

Hər satışda anbar avtomatik yenilənir. Hansı maldan nə qədər var — ekranınızda. Kritik səviyyəyə düşəndə xəbərdarlıq alırsınız.

Problem

Müştəri borclarını dəftərə yazırsınız. Kimin nə qədər borcu var xatırlamırsınız. Ay sonu üzləşmə edə bilmirsiniz.

Həll

Müştəri hesabları rəqəmsal idarə olunur. Borc/alacaq, üzləşmə və hesab çıxarışı bir düymə ilə.

Problem

Gün sonunda kassada nə qədər pul olmalıdır bilmirsiniz. Nağd və kart ödənişləri qarışır. Gəlir-xərc hesablama çətindir.

Həll

Kassa hesabatı ilə gün sonu avtomatik hesablanır. Nağd, kart və nisya ayrı-ayrı görünür.

Mağazanız Üçün Lazım Olan Hər Şey

Barkodlu Sürətli Satış

Barkod oxudun, qiymət gəldi, satış tamamlandı. Nağd, kart və nisya ödəniş seçimləri. Səbətə bir neçə mal əlavə edin, bir dəfəyə bağlayın.

Anbar İdarəetməsi

Hər malın anbar vəziyyətini anlıq görün. Kritik səviyyə xəbərdarlığı, anbar sayımı, anbar transferi və hərəkət tarixçəsi.

Müştəri Hesabları

Müştəri və təchizatçı borc/alacaq takibi. Vadə nəzarəti, üzləşmə və hesab çıxarışı. Kim nə qədər borcludur — bir ekranda görün.

Hesabatlar və Analizlər

Ən çox satılan mallar, gəlir analizi, kassa vəziyyəti, müştəri borcları. Günlük, həftəlik, aylıq hesabatlarla işinizi idarə edin.

Suallar və Cavablar
Proqramı quraşdırmaq lazımdır?

Xeyr. Motus Bulud bulud texnologiyası ilə işləyir. Brauzerinizi açın, daxil olun və işə başlayın. Hər hansı bir quraşdırma tələb olunmur.

Malları toplu yükləyə bilərəm?

Bəli. Excel faylından toplu mal yükləməsi mümkündür. Mal adı, barkod, qiymət, anbar miqdarı kimi məlumatları bir dəfəyə köçürün.

Bir neçə filialım var, hamısını idarə edə bilərəm?

Bəli. Çoxlu filial və anbar dəstəyi vardır. Hər filialın satış, anbar və kassa hərəkətlərini ayrı-ayrı və ya birləşdirilmiş görə bilərsiniz.

Sınaq müddətində məhdudiyyət varmı?

14 günlük pulsuz sınaq müddətində bütün modullar və xüsusiyyətlər tam açıqdır. Heç bir məhdudiyyət yoxdur. Sınayın, araşdırın.

Məlumatlarım təhlükəsizdir?

Bütün məlumatlar bulud serverlərdə şifrələnmiş şəkildə saxlanılır və müntəzəm ehtiyat nüsxəsi yaratılır. Kompüteriniz xərab olsa belə məlumatlarınıza başqa cihazdan daxil ola bilərsiniz.

Bulud
Texnologiya
0
Quraşdırma Tələb Olunmur
%99.9
İşləmə Müddəti
14 Gün
Pulsuz Sınaq
3 Addımda Başlayın
1
Demo Hesab Açın
14 günlük pulsuz sınaq hesabınızı açın. Kart məlumatı tələb olunmur.
2
Mallarınızı Yükləyin
Malları tək-tək və ya Excel ilə toplu yükləyin. Barkodları təyin edin.
3
Satışa Başlayın
Barkod oxudun, satış edin. Anbar, kassa və müştəri hesabları avtomatik yenilənir.

Mağazanızı Rəqəmsallaşdırın

14 gün pulsuz sınayın. Quraşdırma tələb olunmur, brauzerinizdlən dərhal başlayın.